[spoiler][/spoiler]
Putin oruc tutur? - Kremldən açıqlama
Martın 3-dən etibarən xristianların məşhur Pasxa bayramı öncəsi 40 günlük “Böyük oruc” ayı başlayıb. Kremlin sözçüsü Dmitri Peskov martın 6-da keçirdiyi mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putinin bu müddətdə oruc tutub-tutmaması ilə bağlı sualı cavablandırıb.Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Peskov bu məsələnin hər bir xristian üçün müqəddəs olduğunu bildirib.
“Biz bu suala cavab verib-verməmək barədə düşündük. Lakin mövzu o qədər müqəddəs və xüsusidir ki, ictimai müzakirə obyekti olmamalıdır”, – Kremlin sözçüsü deyib.
Qeyd edək ki, bu il Pasxa bayramı aprelin 20-nə təsadüf edir. “Böyük oruc” müddəti xristianların Pasxa öncəsi mənəvi, psixoloji və fiziki hazırlığı kimi dəyərləndirilir.