‼️ İtkin düşən 13 yaşlı Aysun Gəncədə tapıldı
Tovuzda itkin düşən məktəbli tapılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Süleymanovanın yeri Gəncə şəhərində müəyyən edilərək Tovuz Rayonuna gətirilib.
Hazırda ailəsinə təhvil verilməsi gözlənilir.